VİZA DƏSTƏYİ

VİZA DƏSTƏYİ

VİZA DƏSTƏYİ

Dünyanı gəzmək və yeni yerlər kəşf etmək,unudulmaz anlar yaşamaq istəyirsinizsə 365Tourism şirkəti sizə viza dəstəyini edəcək.Viza dəstəyi peşəkar komandamız, viza mütəxəsisləri tərəfindən aparılır.
Viza dəstəyinə daxildir:
Ümumi konsultasiya.
Tələb olunan sənədlərin düzgün yığılıb hazırlanması.
Anket doldurulması.
Otel bronu.
Bilet bronu.
Sığorta
Səfirlikdə görüşün təyin edilməsi.

İşinizi peşəkarlara həvalə edin.

1.VİZA NƏDİR ?
Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir.
2.VİZA HARADAN ALINIR ?
Vizalar, səyahət ediləcək ölkənin;
1. Səfirliyin Konsulluq Şöbəsindən;
2. Baş Konsulluqdan və ya
3. Konsulluqdan alınır.
4. Bəzi ölkələr, Ştatdankənar (fəxri) Baş Konsulluqları və ya Ştatdankənar (fəxri) Konsulluqları vasitəsilə də viza verə bilir.
3.VİZA ALARKƏN, TƏLƏB OLUNACAQ SƏNƏDLƏR
Viza müraciətində tələb olunan sənədlər ölkədən ölkəyə, səyahətin məqsədi və ya müraciət edənin pasportunun növünə əsasən (diplomatik, xidmət, xüsusi, ümumvətəndaş pasportu və ya səyahət sənədi) dəyişiklik göstərə bilər. Müvafiq nümayəndəlikdən bu barədə məlumat əldə edə bilərsiniz.
4.VİZA MÜRACİƏTLƏRİNDƏ DİQQƏT EDİLƏCƏK NÜANSLAR NƏLƏRDİR?
Viza müraciətində ümumi qayda müraciətin şəxsən edilməsidir.
Pasport təhrif edilməməlidir. Təhrif edilmiş pasporta viza alsanız belə, sərhəddən geri qaytarıla bilərsiniz. Pasportunuzu yeniləməyiniz tövsiyə olunur.
Pasportunuzun etibarlılıq müddətinin müraciət tarixindən etibarən ən azı bir il olmağına diqqət etməlisiniz. Bu məsələni vizanı tələb etdiyiniz ölkənin nümayəndəliyindən təsdiqləməlisniz.
Müsahibə zamanı, səlahiyyətli şəxsin suallarına düzgün cavab verməyiniz olduqca vacibdir.
Müraciət edərkən sənədlərin tam olmağına diqqət edin. Təhrif edilən və ya saxta sənədlərlə müraciət etmək qanunlara görə cinayət hesab olunur.
Viza suverenlik hüququdur. Buna görə də müraciətinizin rədd ediləcəyini əvvəlcədən qəbul edin.
Müsahibə zamanı səlahiyyətli şəxsin, haqqınızda müsbət təəssürat əldə etməsi müraciətinizin qəbul edilmə şansını artırır.
Səyahətinizi həyata keçirə bilmək üçün yetərli maliyyə imkanlarına sahib olduğunuz sənədləşdirilməlidir.
Müsahibənin məqsədi; səyahət edəcəyiniz ölkənin müvafiq orqanlarının bu ölkəyə səyahət edəcək xarici vətandaşlar üçün təyin etdiyi şərtlərə uyğun olub olmadığınızı anlamaqdır.
Heç bir yerdə işləmirsinizsə, və ya özünüzün və himayənizdə olan şəxslər varsa, həmin şəxslərin dolanışıqlarını təmin edə biləcəyiniz daimi və yetərli gəlir səviyyəsinə sahib deyilsinizsə, potensial miqrant qəbul ediləcəksiniz və bütün bu sadalananlara görə viza almaq şansınız olduqca aşağıdır. Belə bir vəziyyətdə, viza üçün müraciət etməməyiniz daha məqsədəuyğun olacaqdır.
Rədd ediləcəyinizi bildiyiniz bir tələbdən imtina etməklə həm vaxt həm də pulunuza qənaət etmiş olacaqsınız.
Bəzi ölkələr viza xərcləri ilə yanaşı, yüksək məbləğlərdə müraciət və ya prosedura xərclərini də alır. Bu şərtlər ölkələrdən asılı olaraq fərqlilik göstərir. Müvafiq nümayəndəlikdən məlumat almağınızda fayda var.
5.KİMLƏRƏ VİZA VERİLƏ BİLMƏZ?
Bir ölkəyə hansı xarici vətəndaşın səyahət edəcəyinə qərar vermək, beynəlxalq hüquqa görə həmin dövlətin suverenlik səlahiyyəti çərçivəsindədir. Bu məsələ, danılmaz əsas qaydadır. Dövlətlər ölkələrinə hansı xarici vətəndaşların gedə biləcəyini, öz milli mənfəətlərinə görə müəyyən edirlər. Hər dövlətin ölkələrinə girişinin qadağan etdiyi və ya təhlükəli hesab etdiyi ölkə siyahıları var. Eyni zamanda, qadağan olunanlar siyahısında mövcud olmayan bir xarici vətəndaşa, maliyyə cəhətdən yük təşkil edəcəyi, ictimai asayişi poza biləcəyi və dövlət səhiyyə müəssisələrində risk yarada biləcəyi səbəblərinə görə də viza verilməməyi mümkündür.
6. BİR ÖLKƏNİN VİZA MÜRACİƏTİNİ RƏDD ETMƏYƏ HÜQUQU VARMI?
Beynəlxalq hüquqda dövlətlərin milli suverenlik səlahiyyətləri əsasdır. Bu suverenliklərindən sərhədləri daxilində qüvvəyə mindirdikləri qanunlar vasitəsilə istədikləri formada istifadə edirlər. Milli suverenlik səlahiyyətləri arasında ölkələrinə hansı xaricilərin hansı şərtlərlə daxil olacağını təyin etmək də var. Viza bu məqsədə xidmət edir. Dövlətin bu səlahiyyəti beynəlxalq hüquq cəhətdən danılmaz faktdır. Dövlətlər suverenlik səlahiyyətlərini öz iradələri ilə məhdudlaşdıra bilərlər.
7.MÜRACİƏT RƏDD EDİLDİKDƏ, BU MƏSƏLƏYƏ NECƏ ETİRAZ EDƏ BİLƏRƏM?
Viza müraciətinin rədd edilməsinə etiraz, ilk öncə vizanı rədd edən nümayəndəliyə yazılı şəkildə edilməlidir. İstənilən müsbət cavab alınmadığı təqdirdə, etiraz üçün məhkəməyə müraciət oluna bilər. Ancaq vizanın rəddi üçün müraciət olunacaq məhkəmələrin sayı məhduddur. Eyni zamanda, ümumillikdə uzun vaxt aparan məhkəmə prosedurasının sonunda, məhkəmənin dövlət əleyhinə nəticələnmə ehtimalı da olduqca zəifdir. Digər mühüm məsələ, bir dövlətin qanunları viza üçün müraciət edən şəxsə məhkəmə yolunu açıq tutursa, həmin işə müvafiq dövlətin məhkəmələri baxacaqdır. Buna görə də, həmin ölkənin vəkilini tutmaq lazımdır.
8.VİZA MÜRACİƏTİ RƏDD EDİLDİKDƏ, TƏKRAR MÜRACİƏT EDƏ BİLƏRƏMMİ?
Ümumiyyətlə müvafiq ölkələr müraciət sayına məhdudiyyət qoymurlar. Ancaq, ilk müraciət şərtlərinizdə (maliyyə vəziyyətinizin yaxşılaşması, səyahət səbəbinizin fərqli olmağı kimi) dəyişiklik yoxdursa, ikinci müraciət pul və vaxt itkisinə səbəb ola bilər. Çünki, Qərb ölkələri başda olmaqla, bəzi ölkələr viza xərci və viza əməliyyat rüsumu adı altında ödədikləri məbləğləri viza tələbi rədd edilsə belə, geri qaytarmırlar.
9. VİZA ÜÇÜN MÜRACİƏT ETDİYİM NÜMAYƏNDƏLİK PASPORTUMA MÖHÜR VURUB. BUNUN MƏNASI NƏDİR?
Nümayəndəliklərin möhür vurmaları getdikcə yayılan bir proseduradır. Belə möhürlərdə daha çox nümayəndəliyin yerləşdiyi şəhərin adı və ya qısaltması ilə birgə tarix də (müraciət prosedurasının həyata keçirildiyi tarixdir) qeyd olunur. Pasportunuzdakı qeydiyyat təkrar müraciət etməyinizə mane deyil. Bu qeydiyyat digər nümayəndəliklərə edəcəyiniz müraciətlərinizin rədd ediləcəyi mənasını daşımır. Ancaq, yuxarıda bəhs olunan möhür bir Schengen ölkəsi tərəfindən pasportunuza vurulubsa, digər Schengen ölkəsinin viza müraciətinizi daha dəqiq şəkildə tədqiq etməyi mümkündür.
10.PASPORTUMDAKI MÖHÜR İNSAN HÜQUQLARININ POZULMASI DEMƏK DEYİL?
Səyahət azadlığı əsas insan hüquqlarından biridir. Ancaq, dövlətlərin ölkələrinə hansı xaricilərin gedəcəklərinə qərar vermək səlahiyyətləri tam və mübahisəsiz beynəlxalq hüquq prinsipidir. Unudulmamalı bir məsələ də, viza tətbiqinin izah olunmasından etibarən səyahət azadlığına dair məhdudiyyətin olmasıdır. Sizin, bir ölkəyə daxil ola bilməməyiniz, səyahət azadlığınızın məhdudlaşması kimi görünsə də, dövlətlərin sizin ölkələrinə daxil olub olmayacağınıza qərar vermək hüququ var. Yuxarıda haqqında bəhs olunan möhür isə əsasən, nümayəndəliyin aparılan proseduranı izləməyinə yardımcı olur. Bir pasportda, sahibinin bir ölkəyə səyahət edə biləcəyinə dair qeydiyyatlar əks olunduğu kimi, əleyhinə də məlumatlar göstərilə bilər.
11. VİZA POZUNTUSU NƏDİR?
Viza pozuntusu, aldığınız vizanın üzərində qeyd olunan müddətdən daha çox viza verən ölkədə qalmağınız və ya digər məqsədlər üçün istifadə etməyinizdir. Məsələn; bir tələbə vizası ilə işləmək və ya bir turist vizası ilə təhsil almaq pozuntu hesab alınır.
12.VİZA POZUNTUSUNA YOL VERSƏM, HANSI PROBLEMLƏRLƏ QARŞILAŞA BİLƏRƏM?
Ziyarət etdiyiniz ölkədən deportasiya ediləcəksiniz. Haqqınızda ölkəyə müntəzəm surətdə və ya müvəqqəti giriş qadağası qoyula bilər və/və ya pul cəriməsini ödəmək məcburiyyətində qala bilərsiniz.
13. SCHENGEN VİZASI NƏDİR?
Avropa Birliyi’ndə 1995-ci ildə qüvvəyə minən Schengen Müqaviləsi ilə tərəf ölkələr aralarındakı sərhəd ("daxili sərhəd’" adlandırılır) nəzarətlərini aradan qaldırdılar. Bu qaydada yaradılan Schengen bölgəsinin xarici sərhəd nəzarətlərində ortaq tətbiqetmə və qaydalar həyata keçirlmişdir. Schengen sahəsi viza, polis və qanunvericilik sistemlərindəki əməkdaşlığı əhatə edir.
Schengen’ə üzv olan ölkələr aşağıda göstərilmişdir:
Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanistan.
AB’nə üzv olmayan İsveçrə, İslandiya, Norveç və Lichtenstein da Schengen bölgəsinə daxildir.
Bir xarici vətəndaş Schengen bölgəsinə üzv olan ölkələrdən birinin vizası ilə daxil olduqda, sərbəst şəkildə səyahət edə bilər. Bununla birgə, Schengen viza rejimi qaydalarına əsasən, Schengen vizası ilk dəfə istifadə olunarkən, vizanın alındığı ölkəyə giriş etmək məcburiyyəti var. Məsələn, İtaliya’nın Nümayəndəliklərindən alınan viza ilə əvvəlcə İtaliya’ya daxilolunmalıdır. Bu çərçivədə, Schengen bölgəsinə səyahat edəcək vətandaşlarımızın vizalarını ilk giriş edəcəkləri ölkənin nümayəndəliyindən almaları məsələsi xüsusilə əhəmiyyət kəsb edir.
Schengen ölkələri ortaq Schengen Information System-SIS adı verilən bir məlumat bazasından faydalanırlar. Bu məlumat bankında, Schengen ölkələrinə daxil olacaq şəxslərlə bağlı məlumatlar başda olmaqla, digər müxtəlif informasiyalar da öz əksini tapacaq və üzv olan ölkələrin səlahiyyətli orqanlarının istifadəsinə açıq olacaqdır.
Viza Növləri
Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir.
Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza
Transit Viza
Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır.
Qısamüddətli viza
Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası],atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər.
Uzun müddətli viza
Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür. Tələbə vizası, müvəqqəti işçi vizası, sığınacaq vizası, yaşayış vizası, asılı viza kimi viza növləri uzunmüddətli viza növünə daxildir.
İmmiqrasiya vizası
İmmiqrant vizası, viza müraciətinin edildiyi ölkədə daimi yaşamaq istəyən şəxslərə verilən viza növüdür. İmmiqrasiya vizası almış şəxslər müraciət etdikləri ölkəyə köçmək və orada yaşamaq niyyətindədirlər. Evlilik vizası, ailə birləşməsi vizası, ailə üzvü vizası, pensiya vizası kimi vizalar immiqrant vizasına daxil edilən viza növləridir.
Rəsmi viza
Rəsmi viza dövlətə xidmət edən və dövləti təmsil edən şəxslərə verilən viza növüdür. Rəsmi vizalar diplomatlar, konsullar kimi dövləti təmsil edən və dövlət adından bir ölkəyə səfər edən şəxslərə verilir
Azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.
Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.
Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.
Başqa sözlə, “xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:
1. Belarus – vizadan azaddır/ 90 gün
2. Gürcüstan – vizadan azaddır/ 360 gün
3. Qazaxıstan – vizadan azaddır/ 90 gün
4. Qırğızıstan – vizadan azaddır
5. Moldova – vizadan azaddır / 90 gün
6. Özbəkistan – vizadan azaddır /90 gün
7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün
8. Tacikistan – vizadan azaddır /90 gün
9. Ukrayna – vizadan azaddır /90 gün
10. Baham Adaları Birliyi – vizadan azaddır/ 90 gün
11. Banqladeş – aeroportda viza / 30 gün
12. Barbados – vizadan azaddır/28 gün
13. Boliviya – aeroportda viza/e-viza/90 gün
14. Bosniya və Hersoqovina – vizadan azaddır/ 90 gün
15. Kamboca – aeroportda viza /e-viza/30 gün
16. Kabo Verde – aeroportda viza
17. Kolumbiya – vizadan azaddır/ 90 gün
18. Komor Adaları İttifaqı – aeroportda viza/ 45 gün
19. Kot-d’İvuar – əvvəlcədən qeydiyyatla
20. Kuba – turist kartı ilə/30 gün
21. Cibuti – e-viza
22. Dominik – vizadan azaddır/ 21 gün
23. Ekvador – vizadan azaddır/ 90 gün
24. Efiopiya – e-viza
25. Qabon – e-viza
26. Qvineya-Bisau – aeroportda viza/e-viza/90 gün
27. Haiti – vizadan azaddır/ 90 gün
28. Hindistan – e-viza
29. İndoneziya – vizadan azaddır/ 30 gün
30. İran – vizadan azaddır/ 14 gün
31. Yamayka – aeroportda viza
32. İordaniya – aeroportda viza
33. Laos – aeroportda viza/ 30 gün
34. Livan – aeroportda viza/ 30 gün
35. Lesoto – e-viza/ 14 gün
36. Macao – aeroportda viza/ 30 gün
37. Makedoniya – vizadan azaddır/ 90 gün
38. Malayziya – vizadan azaddır/ 30 gün
39. Maldivlər – aeroportda viza/ 30 gün
40. Marşal adaları – aeroportda viza/ 60 gün
41. Mavritaniya – aeroportda viza
42. Mavriki – aeroportda viza/ 60 gün
43. Mikroneziya – vizadan azaddır/ 30 gün
44. Çernoqoriya – vizadan azaddır/ 90 gün
45. Mozambik – aeroportda viza/ 30 gün
46. Namibiya – vizadan azaddır/ 90 gün
47. Nepal – aeroportda viza/ 90 gün
48. Nikaraqua – aeroportda viza/ 30 gün
49. Oman – e-viza
50. Palau – aeroportda viza/ 30 gün
51. Fələstin – vizadan azaddır
52. Qətər – vizadan azaddır/ 30 gün
53. Ruanda – aeroportda viza/e-viza/30 gün
54. Samoa – aeroportda viza/ 60 gün
55. Serbiya – vizadan azaddır/ 360 gün
56. Seyşel adaları – turist qeydiyyatı /30 gün
57. Somali – aeroportda viza/ 30 gün
58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün
59. Sent Vinsent və Qrenadin – vizadan azaddır/ 30 gün
60. Şərqi Timor – aeroportda viza/ 30 gün
61. Toqo – aeroportda viza/ 7 gün
62. Türkiyə – vizadan azaddır/ 30 gün
63. Tuvalu – aeroportda viza/ 30 gün
64. Uqanda – aeroportda viza/ e-viza
65. Vanuatu – vizadan azaddır/ 90 gün
66. Vyetnam – e-viza


Tiplərə bölünən 244 ölkə və ərazi var.
195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət.
193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər.
2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti
1. Şengen
2. Avropa birliyi ölkələr
3. Amerika
4. Kanada
5. UK
Şengen vizası rüsumu 35 avro bütün ölkələr üçün.
Şengen vizası üçün təqaüdçülər və 0-12 yaşarası uşaqlar rüsum ödəmirlər.

331